“Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı Festival “Söz sənəti mülkünün sultanı” adlı konfransla yekunlaşdı

“Dünyada söz olmasa, nəyə gərək  düşüncə” adlı Festival “Söz sənəti mülkünün sultanı” adlı konfransla yekunlaşdı

13 dekabr tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək  düşüncə” adlı Festival “Söz sənəti mülkünün sultanı” adlı konfransla yekunlaşdı.

Konfransda F.Köçərli adına Respublika uşaq kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Ş.Qəmbərova, elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Z.Dadaşova, BDU-nun filologiya fakültəsinin professoru, fəlsəfə elmləri doktoru Mətanət Abdullayeva, elmi metodika şöbəsinin müdiri R.Məmmədli, məlumat biblioqrafiya şöbəsinin müdiri S.Əhmədova, elmi katib T.Əzizova, Zaqatala MKS-nin direktoru L.Məmmədova, Qusar MKS-nin direktoru Zahir Mustafayev, Qax MKS-nin direktoru Güllü Əhmədova, Balakən MKS-nin direktoru Məryəm Tağıyeva, bölgələrdən kənd kitabxana əməkdaşları iştirak etdilər.

Çıxışçılar festival çərçivəsində görülən işlərdən söhbət açdılar. Tədbirdə maraqlı faktlarla zəngin elmi məruzələr də dinlənildi.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir