Yaponiyadakı yanğında həyatını itirənlərin sayı AÇIQLANIB
“İNFONEWS” xəbər verir.
Dekabrın 17-də yerli vaxtla təxminən saat 10:20 dəqiqədə Yaponiyanın qərbində yerləşən Osaka şəhərində baş verən yanğında azı 28 nəfər ağır xəsarət alıb.
Kyodo agentliyinin məlumatına görə, onlardan 27-nin həyatını itirdiyi bildirilib.
Qeyd edilir ki, yanğın şəhərin baş dəmir yolu stansiyasının yaxınlığında yerləşən ofis binasının dördüncü mərtəbəsində baş verib. Həmin binada gözəllik salonu, klinika, ingilis dili məktəbi və digər ofislər yerləşirmiş.
Polis yanğının məqsədli şəkildə törədilməsindən şübhələnir. Yanğın zamanı klinikanın tibbi heyəti və xəstələr qapılar bağlı olduğuna görə binanı tərk edə bilməyiblər.
Yanğın başladıqdan dərhal sonra hadisə yerinə təqribən 30 yanğınsöndürmə maşını yaxınlaşıb və yanğının qarşısı 30 dəqiqəyə alınıb.