Hacı Şahin Həsənli: “Şəhid üçün 70 məqam nəzərdə tutulub ki…”
“İNFONEWS” xəbər verir.
Baku TV-də yayımlanan “O Kimdir?” verilişinin budəfəki qonağı ilahiyyatçı Hacı Şahin Həsənli olub.
Verilişdə dindən sui-istifadə edənlər, cinlərin insanlarla təması barədə fikirlər, uşaqların tərbiyəsi kimi mövzular müzakirə olunub.
“Ölümün pərdə arxası”ndan danışan ilahiyyatçının sözlərinə görə, ölüm haqqında düşünmək ömrü azaltmır. Əksinə, hədislərimizdə var ki, ölümü düşünən insanlar daha çox yaşayır.
“Niyyəti vətənini qoruyaraq Allahın razılığını qazanmaq olanlar və bu yolda döyüşərək ölənlər birmənalı olaraq Şəhid sayılır. Şəhid üçün 70 məqam nəzərdə tutulub ki, onlardan ən aşağısı günahlarının bağışlanmasıdır”, – deyə Hacı Şahin qeyd edib.