Opera və Balet Teatrı “Traviata”ya baxmağa dəvət edir

Opera və Balet Teatrı “Traviata”ya baxmağa dəvət edir

“İNFONEWS” xəbər verir.

Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italiyalı bəstəkar Cüzeppi Verdinin “Traviata” operası nümayiş ediləcək.

Teatrdan bildirilib ki, sənət ocağının repertuarında xüsusi yer tutan səhnə əsərində baş rolları Əməkdar artistlər Ramil Qasımov (Alfred) və İnarə Babayeva (Violetta) canlandıracaqlar.

Dirijoru Xalq artisti Fəxrəddin Kərimov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olan operada digər rollarda Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor D’ Obinyi), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Tural Ağasıyev (Qaston) və solistlər Nina Makarova (Flora), Mahir Tağızadə (Baron Bufol), Səbinə Bağırova (Anina) çıxış edəcəklər.

Qeyd edək ki, məşhur fransız yazıçısı Aleksandr Dümanın “Kameliyalı qadın” əsərindən operaya uyğunlaşdırılan “Traviata”, Parisin elit təbəqəsinin tanınmış simalarından olan Violetta adlı dəbdəbəni sevən gənc qadının enişli-yoxuşlu həyatını əks etdirir.v

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir