Konqress Putinin bank hesablarını dondurmaq istəyir
“İNFONEWS” xəbər verir.
ABŞ senatorları Rusiyanın yüksək vəzifəli məmurlarının və o cümlədən prezident Vladimir Putinin bank hesablarını bağlamaq barədə çağırış ediblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov senatorların bu cəhdlərini siyasi cəhətdən destruktiv cəhd kimi qiymətləndirib.
Peskov jurnalistlərin suallarını cavablandırarkən, Rusiya prezidentinin əməkhaqqısının “Rossiya” bankında saxlanlıdığını bildirib.O, həmçinin Rusiyanın yüksək vəzifəli şəxslərinin də barəsində saksiyaların tədbiq olunmasının nəticəsi olmayacağını vurğulayıb.
“İş orasındadır ki, bizim yeksək çinli rəhbərlərimizə xarici banklarda vəsait saxlamalarına qanunvericiliklə icazə verilmir”- deyə Peskov əlavə edib.
Rüstəm Hacıyev