Hulusi Akar koronavirusa yoluxub
Türkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusa yoluxub.
Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
“COVID-19 testim müsbət çıxdı. Şükürlər olsun ki, səhhətim yaxşıdır və lazımi tədbirləri görərək işimizi davam etdiririk”, – deyə Hulusi Akar bildirib.
Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi “Twitter” hesabında özünün və həyat yoldaşının yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştammına yoluxduğunu bildirmişdir.