Azərbaycanda son sutka ərzində 7474 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7474 yeni yoluxma faktı qeydə alınıb, 4840 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 698654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 646378 nəfər müalicə olunaraq sağalıb, 8871 nəfər vəfat edib, aktiv xəstə sayı 43405 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19043, ötən müddət ərzində isə ümumilikdə 6267457 test aparılıb.