Azərbaycanda 6603 nəfər COVID-19-a yoluxub, 26 nəfər vəfat edib

Azərbaycanda 6603 nəfər COVID-19-a yoluxub, 26 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6603 yeni yoluxma faktı qeydə alınıb, 6347 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 732380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 672256 nəfər müalicə olunaraq sağalıb, 8998 nəfər vəfat edib, aktiv xəstə sayı 51126 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17401, ötən müddət ərzində isə ümumilikdə 6352994 test aparılıb.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir