Dünyada yeganə suisid edən heyvan hansıdır? – SİRLİ ALƏM
“İNFONEWS” xəbər verir.
Bir çox gəmiricilərin özləri üçün qida ehtiyatları toplayıb, gizlətmələri hamıya məlumdur. Bəzən də gizlətdikləri yerləri unudub, tapa bilmirlər.
Bu qəbildən olan meşə heyvanlarına burunduklar da aiddir. Onlar haqqında ən maraqlı fakt isə, burundukların topladığı qida ehtiyatlarını harada saxladıqlarını axtarıb tapa, yeməyə heç nə əldə edə bilmədikləri halda ağacın haçalı budağından özlərini asıb öldürməkləridir.
Qeyd edək ki, bu balaca, şirin görkəmli oyuncağı xatırladan, cizgi filmlərinin ən maraqlı personajları olan burunduklar dünyada yeganə suisid (intihar) edən heyvan sayılırlar.