Azərbaycanda son sutkada 6841 nəfər COVID-19-a yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6841 yeni yoluxma faktı qeydə alınıb, 6772 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 745169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 686088 nəfər müalicə olunaraq sağalıb, 9 050 nəfər vəfat edib, aktiv xəstə sayı 50031 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17387, ötən müddət ərzində isə ümumilikdə 6390225 test aparılıb.