Avropa Komissiyası ukraynalı qaçqınlar üçün 3,4 milyard avro ayırır
Avropa Komissiyası Ukraynadan olan qaçqınlara kömək edən ittifaq ölkələrinə 3,4 milyard avro ayırmağı təklif edib.
“İNFONEWS” Ukrayna mətbuatına istinadən xəbər verir ki, maliyyə vəsaiti “REACT-EU” proqramının bir hissəsi kimi göndəriləcək.
Vəsaitlər mənzil, təhsil, səhiyyə, məşğulluq və uşaqların sosial müdafiəsi üçün istifadə olunacaq.
“Rusiyanın hərbi müdaxiləsi nətiucəsində 3 milyondan çox ukraynalı öz ölkəsini tərk etməyə məcbur olub və bu rəqəm hər gün artır. Üzv dövlətlər həmrəylik nümayiş etdirərək onları zəruri ərzaq və tibbi məhsullarla təmin etməlidir”, – məlumatda deyilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır