SABAH qruplarına qəbul imtahanının nəticələri elan olunub

SABAH qruplarına qəbul imtahanının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi SABAH qruplarına qəbul olmaq üçün mayın 15-də keçirilmiş imtahanın nəticələrini elan edib.

İmtahan iştirakçıları Mərkəzin internet saytında  topladıqları bal və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

“İNFONEWS” xəbər verir ki, iştirakçılar imtahanda topladıqları bal haqqında məlumatı mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 2397 tələbədən 390 nəfəri imtahana gəlməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir