Rusiya hərbçiləri Ukraynanın Liman şəhərini Yer üzündən siliblər

Rusiya hərbçiləri Ukraynanın Liman şəhərini Yer üzündən siliblər  

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Liman şəhərini Yer üzündən siliblər.

INFONEWS-un xəbərinə görə, bu barədə Kiyev vilayəti Milli Polisinin məlumatında deyilir.

Limanın meri Aleksandr Juravlevin sözlərinə görə, şəhər tamamilə işğal olunub. Orada qaz, su, işıq yoxdur.

“Orada 7,5 min nəfərə yaxın sakin var. Onları evakuasiya etməyə hələ imkan yoxdur”, – Juravlev bildirib.

“Şəhər sadəcə mövcud deyil, Rusiya hərbçiləri onu tamamilə dağıdıblar”, – o vurğulayıb.

Qeyd edək ki, Rusiya hərbçiləri mayın 30-da Severodonetsk əyalətinə daxil olublar və Limanda möhkəmləniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir