Ukraynada müharibə səbəbindən daha 150 min miqrant Avropaya gedəcək
Yaxın Şərq və Afrikanın bir sıra ölkələrində qıtlıq təhlükəsi fonunda 2022-ci ilin sonuna kimi 150 mindən çox miqrant Cənubi Avropaya üz tutacaq.
INFONEWS “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında deyilir.
Qeyd edilir ki, bu vəziyyət Ukraynada limanların bağlanması ilə əlaqədardır.
Statistikaya əsasən, bu il artıq 36 minə yaxın miqrant İtaliya, İspaniya, Yunanıstan, Kipr və Maltaya gedib.
Ukraynanın anbarlarında Misir, Banqladeş, Livan, Türkiyə, Tunis, Yəmən və bir sıra digər ölkələrə ixrac üçün nəzərdə tutulan 20 milyon ton buğda, arpa və qarğıdalı var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır