Polşa klubu “Qarabağ”la oyunlara 33 futbolçu ilə hazırlaşır

 

“İNFONEWS.AZ”  xəbər verir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa “Lex”i təlim-məşq toplanışını davam etdirir.

“İNFONEWS.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, Poznan təmsilçisi hazırlıq prosesinin 2-ci mərhələsinə yeni baş məşqçisi Con van den Bromun rəhbərliyi altında bu gün başlayıb.

Təlimlərdə 33 futbolçu iştirak edir. Onlardan 4-ü qapıçı, 10-u müdafiəçi, 15-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: Filip Bednarek, Kşiştof Bakovski, Karol Drajdzevski, Artur Rudko
Müdafiəçilər: Alan Çervinski, Barri Duqlas, İqor Kornobis, Antonio Miliç, Patrik Oleynik, Joel Pereyra, Maksimilian Pinyo, Pedro Reboko, Bartoş Salamon, Lubomir Şatka
Yarımmüdafiəçilər: Joao Amaral, Yakub Antjak, Adriel ba Lua, Maksim Çekalya, Patrik Qoqol, Yesper Karlström, Antoni Kozubal, Nika Kvekveskiri, Filip Marçvinski, Radoslav Muravski, Dani Ramires, Mixal Skoraş, Yan Şikora, Filip Volski, Kristoffer Velde
Hücumçular: Mikael İshak, Norbert Paçlavski, Artur Sobyeç, Filip Şimçak

Qeyd edək ki, “Qarabağ” “Lex”ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir