Bakı üzrə 307 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik akademiya”lar fəaliyyət göstərir.
BŞTİ-nin mətbuat xidmətindən “İNFONEWS” -un əldə etdiyi məlumata görə, 2021-2022-ci tədris ilində Bakı üzrə “Kiçik akademiya”lara 10 mindən artıq şagird cəlb olunub. Həmçinin Bakı şəhəri üzrə “Kiçik akademiya”ların saytı yaradılıb.
Qeyd edək ki, “Kiçik akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsidir.