İstirahəti bayram abu-havalı etmək – ÇİMƏRLİK GEYİMLƏRİ 2022
“İNFONEWS” “VOGUE” istinadən çimərlik modasının yeni trendlərini, ilin ən dəbli proqnozlarını təqdim edir.
Dəb izləyiciləri yay fəslinin ilk ayından çimərlik qarderobu barədə düşünməyə başlayırlar. Hər bir məzuniyyətə çıxan, dənizə üz tutmaq niyyətində olan xanımlar özlərini yeni yay-çimərlik, istirahət geyimləri ilə sevindirmək istəyir.
Metal detallar (üzük, halqa, kəmər və s.) ilə geyimlərin yenilənmiş modelləri 2022-ci ilin trendidir.
Son illər ərzində üzərində halqalar, zəncirlərlə olan çimərlik geyimləri tədricən yox olmağa başlayırdı ki, yerini minimalist və daha praktik modellərə verirdi. Lakin pandemiya zamanı dizaynerlər gündəlik həyatda “parıltılı”, göstərişli, metal əlavəli yeniliklər gətirmək barədə durmadan düşünür, maraqlı, fərqli dizaynlı işlərin axtarışını dayandırmırlar, fərqli şəkillərdə dəb eksperimentləri aparırlar. Kəmər zəncirlərinə xüsusi üstünlük verirlir.
“Schiaparelli”, Yaz-yay kolleksiyası- 2022
“Cult Gaia”, Yaz-yay kolleksiyası – 2022
İstirahəti daha da bayram abu-havalı etməyi düşünən moda yaradıcıları parlaq poyetkalı, zərli və ya mikroqlitterli çimərlik geyimləri hazırladılar. “Coperni” və “David Koma” -dan geyimlərin üstünə parıltılı yüngül bir şeylər əlavə edilsə, onu axşam ziyafətlərinə belə geyinmək olar.
“Coperni” Yaz-yay kolleksiyası – 2022
“David Koma” Yaz-yay kollksiyası – 2022