Karate üzrə beynəlxalq yarışlara könüllü qəbulu ELAN EDİLİR
Azərbaycan Milli Karate Federasiyası 2-4 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək “Karate 1” – Premyer Liqa yarışları üçün könüllü proqramı elan edir.
“İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən “İNFONEWS” – a verilən məlumata görə, iki gün davam edəcək yarışlarda 80-a dək ölkədən 400-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq. “İdman dostluqdur” şuarı ilə keçiriləcək turnirdə 100-ə yaxın beynəlxalq hakimin iştirakı nəzərdə tutulur. Yarışın əsas tərəfdaşları Dünya Karate Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Milli Karate Federasiyası və “İRƏLİ” İctimai Birliyidir.
Qeyd edək ki, ilk dəfə Premiyer Liqa yarışları 2011-ci ildə Dünya Karate Federasiyasının təşəbbüsü ilə keçirilib. Liqa özü ilə beynəlxalq dərəcəli karateçilərin iştirak etdiyi bir sıra mötəbər yarışları birləşdirir. Yarışlar bu il Azərbaycan ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Mərakeş, Amerika Birləşmiş Ştatlarında da keçiriləcək.
İki gün davam edəcək yarışlarda könüllü kimi fəaliyyət göstərmək istəyən 16-29 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: