“Şvarsenegger kimiyəm, sadəcə, mən beynimi şişirdirəm”
“Mənim ktablarım onlar üçün nəzərdə tutulan rəflərdən çoxdur. Və hamısını oxuyuram. Şvarsenegger kimiyəm, sadəcə, mən beynimi şişirdirəm. Necə deyərlər, mən – beyinbilderəm”
“İNFONEWS” -un əldə etdiyi məlumatlara görə, bu fikirlər dünyaca məşhur modelyer, tanınmış moda evlərinin ən nüfuzlu fiquru, ölümündən sonra belə “Moda dünyasının şahı”, “Kayzer Karl”, “Dəbin atası” adını daşıyan Karl Otto Lagerfeldə aiddir.
Kuturyenin əsas hobbilərindən biri mütaliə etmək olub. Məşhur modelyerin şəxsi kitabxanasında 300 minə yaxın müxtəlif nəşrlər var ki, kitabların içərisində müxtəlif dillərdə – ingilis, alman, fransız ədəbiyyatı üstünlük təşkil edir. Bu maraqlı şəxsiyyət kitablarını, əsasən originalda – alman, fransız, italyan və ingilis dillərində oxuyub. Onun Parisdəki mənzili başdan-ayağa kitablarla doludur.
Qeyd edək ki, “Dəb gidi” gündəlik oxuyacağı kitabın axtarışına, seçilməsinə bir neçə saat ayırarmış.
“Kitablar cildlənmiş narkotiklərdir. Mən xoşbəxt insanam ki, kitab aludəçisiyəm”, – deyə Karl etiraf edib.
Bu gün Karl Lagerfeld həyatda olmasa da, onun şəxsi kitabxanası, mütaliə vərdişləri, kitab aşiqi olması hələ uzun illər müzakirə ediləcək, örnək kimi nəsillərdən-nəsillər ötürüləcəkdir.