İnsan oğlu nəticə çıxara bilməlidi – ŞİDDƏTƏ YOX! – SORĞU

İnsan oğlu nəticə çıxara bilməlidi – ŞİDDƏTƏ YOX! – SORĞU

Şiddət – zorbalıq, vəhşilik, sərtlik mənasını verir. Şiddət sahib olunan gücün və hakimiyyətin bir insana, bir qrupa, özünə, bir fikrə, həyat tərzinə, fiziki və psixoloji olaraq yaralanmaya, itkiyə səbəb olacaq bir formada müəyyən yollarla tətbiq olunmasıdır. Qısqanclıq, əsəb, hirs duyğuları insani duyğular olsa da, şiddəti təmsil edir. Nəzər-nöqtəsi də məhz bu duyğular üzərində olmalıdır. Əgər bir davranış əsəbi vəziyyəti sərgiləmək, hirsini boşaltmaq, nifrət hissini bildirmək, alcaltmaq, cəzalandırmaq, güc göstərmək, insanı kontrol altında saxlamaq ücün sərgilənirsə, bu davranış şiddət tətbiqidir. Şiddətin bir sıra növləri var: fiziki, ekonomik, texnoloji, cinsi, psixoloji, ailədaxili və s. Bəs cəmiyyət şiddət deyərkən nə başa düşür? Dünyada baş verən şiddət halları onlara necə təsir?

“İNFONEWS” xəbər verir ki, bütün bu suallara cavab tapmaq məqsədi ilə SİA paytaxt sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Ramin Surxayev: “ Mən ümumilikdə şiddəti heç bir halda sevmirəm. Allah insana dil və danışmaq bacarığı verib. Əgər bu iki amil bizdə varsa, biz nəyə görə bunlardan istifadı edə bilmirik. Son dövrlərdə şiddət halları çoxalıb. Həyat yoldaşını döyən, heyvana əl qaldıran, insanların asayişini pozan insanlar cəmiyyətimizdə az deyil. Bunun səbəbi nədir, bilmirəm. Amma insanlıq bu kimi vəhşiliklərin arasında itib-batır. Düşünürəm ki, bu da heç yaxşı bir hal deyil”.

Şəhər sakini Nərgiz Rzayeva: “Düşünürəm ki, şiddət ailədən gələn bir şeydir. Valdeyinlər öz övladlarını kiçik yaşlarından düzgün yetişdirə bilmədikdə, bu kimi hallar ortaya çıxır. Bəzi hallarda uşaqlar heyvanlara qarşı şiddət göstərir. Bu artıq həmin uşağın ailəsində aldığı travma ilə bağlıdır. Sabah həmin uşaq böyüyəndə o uşağın içindəki zədələr də böyüyür və başqalarına aqresiv bir şəkildə yansıyır. Təbii ki, tərbiyyədən də çox şey aslıdır. İnsanın özünə güvəni olmadıqda onda hegomonluq amillərini çoxalır. Artıq həmin insan da hamını özünə tabe etdirməyə çalışır.

Şəhər sakini Telman Həsənov: “Şiddət vəhşilikdir. İnsana, heyvanlara qarşı vəhşilik etmək olmaz. Bütün canlıları Allah yaradıb. Ona görə onun yaratdığı canlıya şiddət göstərib, incitmək olmaz. Mən birmənalı şəkildə şiddətə qarşıyam. Təcavüz edən, döyən, söyən insanlara da ar olsun. Onlar ümumiyyətlə, insan deyillər”.

Şəhər sakini İlkin Əhmədov: “Şiddətin bir sıra növü var. Duyğusal şiddət, fiziki şiddət və s. Təbii ki, biz bütün bunların hamısına qarşıyıq. Fikrimcə, bütün bunların səbəbi internetdə hər şeyin açıq-aşkar şəkildə yayımlanmasıdır. Uşaqlar belə şiddət hallarını intenretdə görürlər və gələcəkdə də öz həyatlarında kiməsə qarşı tətbiq etməyə çalışırlar. Bütün insanlar bilməldiir ki, şiddət həll yolu deyil. Heyvanlara qarşı olunan şiddətlər məni lap incidir. Hər hansısa şiddət faktoru ilə bağlı bir hadisə gördükdə və ya eşitdik də özümə gələ bilmirəm”.

Şəhər sakini İlham Yaqubov: “Müasir dövrümüzdə təssüflər olsun ki, şiddət halları getdikcə çoxalır. Bu da insnaların vəhşiləşməsinin göstəricisidir. Çünki insan insanı incidə bilməz. Hər kəs mehriban olub, sözünü başqasının boğazından keçirsə çox yaxşı olar. Nə olub axı, hamı bir-birini müxtəlif mənalarda incidir. Nəyi bölə bilmirik? Bu qədər bəlalar baş verdi, amma insan oğlu hələ də, nəticə çıxara bilmədi”.

Şəhər sakini Aslan Muradov: “Mən heyvanları sevmirəm, amma bununla belə onlar mənə yaxınlaşdıqda aqressiv bir hal sərgiləmirəm. Lakin insana qarşı olunmuş hər hansısa bir təcavüz, şiddət və digər anormal hal məni bir vətəndaş kimi narahat edir. Nəticə də hamımız insanıq və bir-birimizi danışmaq yolu ilə başa sala bilərik. Bunun üçün hansısa zorbalığ etməyə ehtiyac yoxdur.

Müəllif: Banuçiçək Hüseynli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir