SABAH qruplarının müvafiq ixtisasları üzrə vakant yerlər üçün müsabiqə davam edir

SABAH qruplarının müvafiq ixtisasları üzrə vakant yerlər üçün müsabiqə davam edir

Elm və Təhsil Nazirliyinin SABAH qruplarında 2022-2023–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur.

Bu barədə “İNFONEWS”-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Son müraciət tarixi 4 sentyabr 2022-ci il saat 00:00 müəyyən edilib.

Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Tələblərə cavab verən namizədlər qeyd edilən tarixədək müraciət formasını (https://bit.ly/3TwtHsB) doldurmalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir