“Gənc müəllimlərin debat çempionatı” layihəsi keçirilib
2022-ci il sentyabr ayının 17 və 18-də Salyan şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşlığı ilə həyata keçirilən ““Gənc müəllimlərin debat çempionatı” – gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsinin təlimləri keçirilib.
Bu barədə “İNFONEWS”-a açıqlamasında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının PR – meneceri Fidan Quluzadə məlumat verib.
O bildirib ki, Təlimlər zamanı müəllimlər, “Debatda Hakimlik”, “Karl Popper Debatları”, “Milli debat proqramı”, “Debat fəlsəfəsi və metodologiyası”, “Debatın tarixi” mövzularında yeni biliklər əldə etmişdirlər .
Qeyd edək ki, layihənin məqsədi yeniyetmələr və regionun gənc müəllimləri arasında 21-ci əsr bacarıqları sırasında olan ünsiyyət, özünü təqdim və natiqlik bacarığının inkişaf etdirilməsidir.
Layihənin müvəffəqiyyətlə davam etdirilməsini arzu edirik!