UNEC-də yeni prorektor təyinatı olub

UNEC-də yeni prorektor təyinatı olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilən Cəfər Eyvazov kollektivə təqdim olunub.

Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Yeni prorektoru kollektivə təqdim edən UNEC-in rektoru professor Ədalət Muradov, Cəfər Eyvazovu təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Rektor UNEC barədə məlumat verdikdən sonra, onu universitetin struktur rəhbərləri və dekanlarla tanış edib.

Tədbirdə iştirak edən Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev prorektor Cəfər Eyvazovun daha öncə də eyni vəzifədə çalışdığını və bu sahədə böyük təcrübəsinin olduğunu bildirib.

Cəfər Eyvazov UNEC kollektivi ilə tanışlıqdan məmnunluğunu ifadə edərək, göstərilən etimadı doğruldacağını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir