DİM-də TOEFL iBT imtahanı keçirilib

DİM-də TOEFL iBT imtahanı keçirilib

2022-ci il sentyabrın 21-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib.

Bu barədə “İNFONEWS”-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahanda 4 nəfər iştirak edib.

İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub. 

İmtahanda 1 əcnəbi olmaqla 4 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

Növbəti TOEFL iBT imtahanının 24 sentyabr 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir