“Möcüzəli su” respublika sosial foto-kollaj müsabiqəsinə start verilir
Bu barədə “İNFONEWS”-a Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.Son illər su resurslarına ehtiyacda artım müşahidə olunur. Əllərin adi yuyulması kimi sadə və vacib gigiyenik prosedurun hamıya uzun illər əlçatan olması üçün suya qənaət etməliyik. Həmçinin, çox su istifadə etməməklə, suyun təmizlənməsi və çatdırılması üçün lazım olan enerjiyə qənaət etməklə, karbon emissiyalarının azaldılmasına töhfə vermiş olarıq.
Müsabiqə üçün 6-17 yaş arası məktəblilər suyun uşaqlar və cəmiyyət üçün nə demək olduğunu və hər damcı suyun vacibliyini, su hövzələrinin plastik və digər zərərli tullantılarla çirklənməsinin canlılar üçün yaradacağı təhlükəni və bunun qarşını almaq yollarını göstərən bir foto-kollaj çəkməlidir. Göndərilən fotoşəkillər iki şəkildən ibarət kollaj formatında olmalı, müəllifin “obyektivindən” iki vəziyyət əks etdirilməlidir: canlı su və cansız (çirklənmiş) su.
Kimlər iştirak edə bilər:
Müsabiqə Respublikada yaşayan bütün ibtidai və orta məktəb şagirdləri üçün açıqdır. (6-11, 12-17 yaş qrupları)
Qiymətləndirmə necə aparılacaq:
Fotolar aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:
Fotolar aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:
– su mühafizəsinin keyfiyyətli şəkildə aparılması;
– fotoşəklin suya qənaət etməyə inandırıcılıq meyarı;
– kompozisiyanın keyfiyyəti və şəklin görünüşü meyarı üzrə.
Qaliblərlə necə əlaqə saxlanılacaq:
Hər bir qalibə şəklin paylaşıldığı sosial şəbəkə hesabına birbaşa mesaj göndərməklə məlumat veriləcək.
Əlaqə nömrəsi: 055 902 38 56