Dövlət İmtahan Mərkəzi açıq tender elan edir
Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs Könüllü tibbi sığorta xidmətinin satın alınması üçün açıq tender elan edir.
Bu barədə “İNFONEWS”-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İddiaçılar Müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Təşkilat: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin bank rekvizitləri (VÖEN: 1304673921)
Tenderdə iştirak haqqı 350 manat
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri vahid Portal vasitəsi ilə təqdim etməlidirlər:
– tenderdə iştirak haqqının ödənilməsi barədə məlumat;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
– son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– iddiaçının müvafiq sahədə peşəkarlığını və iş təcrübəsini, eləcə də texniki imkanlarını əks etdirən məlumatlar;
– Satınalma prosedurasının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə idarə rəhbərinin peşəkar fəaliyyətinə dair yanlış təkliflər verilməməli və ya faktlar təhrif olunmamalı, satınalma haqqında müqavilə bağlamaq məqsədi ilə ixtisas göstəricilərinin yanlış göstərilməsi ilə əlaqədar hər hansı bir cinayət işi üzrə məhkum olunmamalı, həmçinin məhkəmə qaydasında müvafiq peşə fəaliyyəti ilə məşğul olmaları qadağan edilməməlidir
– iddiaçı müvafiq sahə üzrə tələb olunan icazələri və lisenziyaları təqdim etməlidir;
– mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 20 oktyabr 2022-ci il saat 11:00-dək vahid Portala yükləməlidirlər.
Tender təkliflinin və bank zəmanətinin (tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü artıq qüvvədə olmalıdır) təqdim olunma tarixi 28 oktyabr 2022-ci il saat 17:00-dək.
Göstərilən vaxtdan gec təqdim olunan tender təklifləri qəbul olunmayacaq.
Təkliflər 31 oktyabr 2022-ci il saat 11:00-da açılacaqdır.
Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən “Əsas şərtlər topIusu”nda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir. Tender predmeti iki və ya daha çox iddiaçı arasında bölünə bilməz.
İddiaçıların tender təklifi, həmçìnin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər vahid Portal vasitəsi ilə Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.
Əlaqələndirici şəxs: İlham Əliyev, telefon: 310-53-16, daxili 1704
E-mail: [email protected], Ünvan: AZ1138, Bakı şəhəri, Nəsimi rayonu, Ak., H.Əliyev küçəsi 299.