Baş mühasiblərin peşəkar mühasib sertifikatının əldə edilməsi müddətlərində dəyişikliklər edildi
Büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin (publik hüquqi şəxs) baş mühasiblərinin peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri Nazirlər Kabinetinin Qərarına dəyişiklik edilməklə aşağıdakı qaydada müəyyən edilib.
“İNFONEWS” xəbər verir ki, dəyişikliyə əsasən:
– Publik hüquqi şəxslərin 2023-cü il 1 yanvar tarixədək işə qəbul edilən baş mühasibləri 2024-cü il 30 dekabradək;
– Büdcə təşkilatlarının 2023-cü il 1 yanvar tarixədək işə qəbul edilən baş mühasibləri 2024-cü il 30 dekabradək;
– Publik hüquqi şəxslərin və büdcə təşkilatlarının 2023-cü il 1 yanvar tarixdən sonra işə qəbul edilən baş mühasibləri müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdırlar.
Qərarı təqdim edirik: