Şəhərin mərkəzində yerləşən ölüm yuvası-FOTOLAR, VİDEO
Paytaxtın Nəsimi rayonu,Mirzə İbrahimov küçəsi dalana 4 ünvanında yerləşən bu ərazi keçmiş”poliklinika” olub.
Bir zamanlar insanların sağlamlığı üçün isdifadə olunan bu ərazi, indi isə tərk edilmiş və isdifadə yararsız xarabalığa çevrilib. Hal hazırda isə cəmiyyət üçün təhlükəli sayılır, çünki narkotik vasitələrin isdifadəçiləri və narkotik maddələrin dövriyyəsi ilə məşğul olan şəxslər bu xarabalıqdan öz məqsədləri üçün istifadə edir.
“İNFONEWS” xəbər verir ki, ətrafda yaşayan sakinlərdən aldığımız məlumata görə bur əraziyə əsasən axşam saatlarında narkotik vasitələrin isdifadəçiləri gəlir və isdifadəçilər evlərdən oğurluq edirlər. Sakinlər bu məkanla bağlı öz narahatlığlarını bildirirlər.İçəri daxil olduğda ilk görünən mənzərədən həqiqətən də bu binanın nəinki ətrafda yaşayan sakinlər üçün zərərli olduğunu hətta narkotik isdifadəçilərinin artmasına şərait yaratdığını demək olar. İçəridə narkotik vasitələrin qalığları və çox sayda şprislərin olması bu ərazinin cəmiyyət üçün təhlükə mənbəyi olduğunun sübutudur.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə bu ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb. Nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.
Rəvanə Dadaşova
Fariz Faiqoğlu