Vyetnam Sosialist Respublikasının Prezidenti istefa verdi
Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuk istefa verib.
“İNFONEWS” xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin istefası Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən təsdiqlənib.
Bundan başqa, siyasətçi partiyanın Siyasi Bürosunu və Mərkəzi Komitəsini də tərk edib.
Vyetnam Xəbər Agentliyinin məlumatına görə, Nquyen Suan Fuk hökumətdəki korrupsiya qalmaqalı səbəbindən istefaya getmək qərarına gəlib.