Fransız yazıçı Putini anlamağa çalışdı – “KREML SEHİRBAZI”

Fransız yazıçı Putini anlamağa çalışdı – “KREML SEHİRBAZI”

Rusiya Prezidenti Vladimir Putinin həyat və siyasi fəaliyyətindən bəhs edən Fransada çapdan çıxan “Kreml sehirbazı” (“The Wizard of the Kremlin”) romanı tez bir zamanda populyarlıq qazanıb.

“İNFONEWS” “газета.ru” – ya istinadən xəbər verir ki, artıq 430 min nüsxəsi satılmış bu kitabda Prezident Vladimir Putin obrazının dilindən deyilmiş bir sıra ifadələr, eləcə də “Ruslar dövlətdən 2 şey tələb edir: daxili nizam və xarici qüvvə” sözləri dillərə düşüb.

Qeyd edək ki, tənqidçilər Culiano da Empoli tərəfindən yaradılmış Rusiya liderinin romandakı “sevimli portreti”nin onun Ukrayna müharibəsi ilə bağlı Milli siyasətə təsir edə biləcəyi qorxusunu vurğulayıblar, çünki məhz burada Putinin hərbi müdaxilələrinə haqq qazandırılıb. Hərçənd, müəllif özü də bu romanının Fransanın Rusiyaya qarşı siyasətini dəyişə biləcəyinə inanır.

Fransanın Baş naziri Elizabet Born romanı çox bəyəndiyini söyləyib və qeyd edib ki, əsər yazıçının təxəyyülü olmaqla yanaşı, həm də reallığı əks etdirir.

“Kreml sehirbazı” əsəri Fransada 2022-ci ilin beşinci bestselleri olaraq, Fransa Akademiyasının mükafatını alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir