COVID-19 xəstələrinə qayğı niyə azalıb?
Son zamanlar vətəndaşlar tərəfindən COVID-19 xəstələrinə qayğının azaldığına dair müraciətlər daxil olur.
Qeyd edilir ki, vətəndaşlar poliklinikalar tərəfindən COVİD-19 virusuna şübhəli yoluxma halı baş vermiş xəstələrdən PZR testlərinin(burun-udlaqdan yaxma) götürülməsindən boyun qaçırma halları ilə qarşılaşırlar.
Bizdə “İNFONEWS” olaraq məsələ ilə bağlı Səhiyyə Nazirliyinin 9103 qaynar xətti ilə əlaqə saxladıq:
– Hansı hallarda poliklinikalar təlimata uyğun şəkildə vətəndaşlardan PZR testini götürməlidir?
– Xəstənin əgər temperaturu varsa poliklinika gəlib evdə yaxma götürür.
– Bəs xəstə COVID-19 infeksiyası təsdiqlənmiş xəstə ilə yaxın təmasda olubsa?
– Təmasda olanlardan test götürülmür.
– Niyə?
– Qaydanı soruşursuz, qayda belədir!
– Axı ÜST-ün təlimatlarında belə deyilmir?!
– Necə deyilir?
– Əməkdaşımız tərəfindən ÜST-ün təlimatları bir daha xatırladılır…
– Yəni o dediklərinizdə haqlısınız, var elə bir qanun amma ki, hal-hazırda hərarəti olan xəstələrdən test götürülür.
– Yarana biləcək fəsadlar bir daha diqqətə çatdırılır…
– Təmasda olmuş şəxslər yaşayış yerini tərk etmir və təcrid olunur.
– Həmin şəxs yaşayış yerindəki digər şəxsləri yoluxdura bilər axı?!
– Yox, əgər şəxs bilirsə təmasda olub, niyə yoluxdurmağa çalışır? Kontaktda olubsa təcrid olunur. Bayıra çıxmır. Yox, soruşursuz ki, kimdən yaxma götürülməlidir, yaxma ancaq temperaturu olan şəxslərdən götürülür. 14 gün ərzində şəxs təcrid olurur, əgər simptom olarsa test götürülür, əgər simptomlar yüngüldürsə yox. Kontaktda olubsa xəstə ilə onda simptomlar olacaq. Temperaturu qalxarsa müraciət edəcək poliklinikaya onda gəlib test götürəcəklər.
– Bəs yaxşı simptomsuz xəstə necə bilə bilərki o COVİD xəstəsidir? Yaxın müddətdə xəstəliyi keçirmiş şəxslərə təlimata əsasən vaksin vururlmamalıdır, bəs onu necə tənzimləyəcəksiniz?
– O şəxslər qan analizi verəcək, əgər keçiribsə onun qanında antitellər var.
– O zaman hamıdan qan analizi götürəcəksiniz vaksin vurmamışdan öncə?
– Onu mən götürmürəm, mən bilmirəm, hal-hazırda səhiyyə işçilərinə vurulur.
– Fevral ayının 1-dən vətəndaşlara vaksin vurulanda necə olacaq?
– Ayın 1-dən nə qayda qoyulacaqsa onun haqqında bizə məlumat hələ verilməyib necə olacaq. Bu ümumdünya qanunlarıdır.
– ÜST-ün təlimatları belə deyil axı?!
– Bizə belə deyilib, bizdə sizə belə cavab veririk.
Qeyd edək ki, TƏBİB tərəfindən təsdiq edilmiş və 2020-ci ildə çap edilmiş COVİD-19 TİBB İŞÇİLƏRİ ÜÇÜN MÜVƏQQƏTİ RƏHBƏRLİK kitabçasında XƏSTƏLİYİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ VƏ İDARƏ OLUNMASI qaydalarına əsasən:
Aşağıdaki iki haldan hər hansı birinə uyğun olan hadisələr şübhəli yoluxma halı kimi qiymətləndirilir:
1. Klinikanın başqa bir etiologiya ilə izah edilə bilmədiyi Şiddətli Kəskin Respirator İnfeksiya (SARI) (qızdırma, öskürək və xəstəxanaya stasionar müalicə tələbi)1 olması (immuniteti zəif olan xəstələrdə klinik mənzərə atipik gedişli ola bilər) və aşağıdakılardan ən azı birinin olması;
• Yaşayış yerindən və səyahət keçmişindən asılı olmayaraq COVID-19 infeksiyalı xəstələrin müalicə olunduğu bölmələrdə çalışan tibb işçiləri;
2. İstənilən ağırlıqda kəskin respirator xəstəliyi və simptomların başlanmasından əvvəlki son 14 gün ərzində aşağıdakılardan hər hansı biri olan şəxs:
• COVID-19 infeksiyası təsdiqlənmiş xəstə ilə yaxın təmas;
• Xəstəxana ilə əlaqəli COVID-19 infeksiyası olan ölkədəki bir tibb müəssisəsində olmaq;
Qeyd edək ki, simptomsuz koronavirus xəstələrindən test götürülməməsi nəticəsində onların özlərini izolasiya etməməsi və cəmiyyətdən təcrid olunmamaları günü-gündən daha çox şəxsin koronavirusa yoluxmasına səbəb ola bilər. Nəzərə alsaq ki, asimptomatik xəstənin yoluxdurduğu insanın yanaşı xroniki xəstəliklərinin olması qaçılmazdır və o, bu xəstəliyi ağır keçirə, hətda bu səbəbdən həyatınıda itirə bilər, deməli qərar bir daha gözdən keçirilməlidir.
Ümid edirik aidiyyatı qurumlar məsələ ilə bağlı vaxtında müvafiq ölçü tədbirləri görəcəklər…