“Heç bir şeyi olmayan daha varlıdır”- Dahilərin tarixi dialoqları

“Heç bir şeyi olmayan daha varlıdır”- Dahilərin tarixi dialoqları

“İNFONEWS” dahilərin tarixdə yer almış maraqlı dialoqlarını təqdim edir:

Cəlil Məmmədquluzadə

Mirzə Cəlil azdanışan, sakit, çox üşünən və başqalarını da dinləməyi bacaran bir adam idi. Bir gün köhnə dostlarından biri evinə qonaq gəlir. O, xeyli danışır, Mirzə Cəlil isə yalnız dinləyib bir neçə saat ərzində vur-tut iki-üç kəlmə danışır. Dostu durub gedərkən Mirzə Cəlil deyir: – Tez-tez gəl, belə şirin-şirin söhbətlərdən yenə edək!

Volter

Fransız yazıçısı və filosofu Volter bir nəfər ruhaninin onun qonaqpərvərliyindən istifadə edərək, evinə tez-tez qonaq gəlməsindən bezir. Nəhayət, yazıçı ona deyir:
– Sizinlə Don Kixotun arasındakı fərqin nədən ibarət olduğunu bilirsinizmi? Don Kixot hər bir karvansaranı saray hesab edirdi, siz isə hər bir sarayı karvansara hesab edirsiniz!

Corc Vaşinqton

ABŞ-ın ilk prezidenti olmuş Vaşinqton günlərin bir günü səyahət edəndə gəlib, Corciya ştatında kiçik bir kəndə düşür. O, kənd restoranına girib, üç yumurta bişirtdirmiş və yedikdən sonra:
– Nə qədər verməliyəm? – dedikdə:
– Yüz dollar! – deyə, restoran sahibi cavab verir.
Qiymətin bu qədər baha olduğuna təəccüb edən Vaşinqton:
– Görünür, sizin yerlərdə yumurta nadir tapılan şeydir! – deyir.
– Xeyr, cənab, yumurta nadir tapılan şey deyil. Bu yerlərdə prezident nadir görünən şəxsdir! – deyə cavab verir.

Volfqanq Motsart

Bir gənc bəstəkar məşhur alman bəstəkarı Motsarta müraciət edərək soruşur:
– Simfoniyanı necə yazmaq lazımdır?
– Siz hələ gəncsiniz, yaxşı olardı ki, əvvəlcə balladayazmaqdan başlayasınız! – deyə Motsart cavab verir.
Gənc bu məsləhətə etiraz edərək deyir:
– Siz özünüz simfoniyanı on yaşına çatmamışyazmağa başlamadınızmı?
– Doğrudur… Ancaq mən simfoniyanı necəyazacağımı başqasından soruşmamışdım! – deyə cavab verir.

Aleksandr Düma

Aleksandr Düma xəstə olduğu zaman yanına gəlmişhəkim deyir:
– Vəziyyətiniz ciddidir, siz hər bir təsadüfəhazır olmalısınız. Sizin bu çətin günlərinizdə görüşmək istədiyiniz birivarmı?
Düma bu sual qarşısında bir qədər fikirləşibdeyir:
– Əlbəttə!
– Kiminlə görüşmək xəyalınız var?
– Başqa həkimlə! – deyə cavab verir.

Albert Eynşteyn

Albert Eynşteyn səliqəsiz geyinən və dalğın, düşüncəli bir insan idi. Bir gün də dərin düşüncəyə daldığı halda gedərkən dostlarından birinə rast gəlib deyir:

– Axşam bizə qonaq gəl, professor Stimson da bizdə olacaqdır.
– Stimson elə mən özüməm də! – deyə dostu cavab verdikdə,
– Heç əhəmiyyəti yoxdur. Hər halda sən gəl! – alim sözündə israr edir.

Nikolay Konstantinoviç Mixaylovski

Redaksiyaya gəlmiş özündən razı şairlərdən biri əsərlərini tənqidçi və redaktor Mixaylovski tərəfindən rədd edildiyini bilib hay-küy salaraq deyir:
– Bu tarixi səhvdir, xalq mənim əsərlərimi Tolstoy yaddan çıxandan sonra belə, oxuyacaqdır. Mixaylovski gülümsəyərək ona cavab verir:
– Bu ola bilər. Lakin sizin əsərləri Tolstoy yaddan çıxmamış oxuyan olmayacaqdır!

Nəsrəddin Şah

Qacar sülaləsindən olan İran hökmdarı şeir yazarmış. O öz şeirlərindən bir divan bağlamışdı. Bir gün saray şairini çağırıb şeirlərini oxumağı və fikir bildirməyi söyləyir. Ona deyir:
– Şeirlərimi tənqid etmək istəsən ehtiyyatlı ol. Ola bilər ki, sənin tənqidin mənim xoşuma gəlməsin və bunun üçün sənə ağır cəza verməli olum. Buna görə də hansı şeirimin zəif cəhətini göstərmək istəsən, o yerə ancaq barmağını qoymaqla işarə et! Şair padşahın qeydini nəzərə alaraq divanı oxuyur, sonra kitabı bağlayaraq barmağını kitabın üstünə qoyur.

Nəsrəddin Tusi

Marağa şəhərində rəsədxana tikilməsi məsələsi irəli sürüldükdə monqol padşahlarından biri Nəsrəddin Tusini yanına çağırıb deyir:
– Ulduzlar elminin nə faydası var ki, rəsədxana tikilməsi üçün bu qədər xərc çəkək?
Tusi padşahın icazəsi ilə şəhər yaxınlığındakı dağın başından misdən qayrılmış böyük bir qabın aşağı fırladılmasını xahiş edir. Qab fırlanıb gələrkən böyük gurultu salır və bu səsi eşidənlər qorxuya düşüb qaçırlar. Tusi sakit oturan padşaha deyir:
– Bax, bu hadisənin səbəbi bizə məlumdur, ona görə də sakit oturmuşuq, amma başqaları qorxudan bilmir nə etsin. Bu qayda ilə sakit yaşamaq üçün göydəki hadisələri bilmək lazımdır.

Napoleon Bonapart

Napoleon Bonapartın boyu balaca idi. Bir gün öz kitabxanasında dolabın yuxarı gözündən kitab götürmək istəyərkən boyu çatmır və bunu görən yavəri irəli gələrək deyir:
– Siz zəhmət çəkməyin, mən götürərəm. Mən sizdən ucayam.
Napaleon onun səhvini düzəldərək deyir:
– Uzunam demək istəyirdin.

Diogen

Bir nəfər varlı haqqında Diogenin rəyini soruşurlar:
– O sərvətlidirmi?- deyirlər.
– Bilmirəm. Mən yalnız onun çoxlu pulu olduğunu bilirəm.
– Deməli sərvətlidir.
– Varlı olmaq və çoxlu pula sahib olmaq eyni şey deyildir. Əsl varlı öz sərvəti ilə təmin olan adamdır. O adam ki, hamıdan çox sərvətə malik olmaq istəyir, o, hamıdan yoxsuldur. Heç bir şeyi olmayıb öz vəziyyətindən razı qalan ondan daha varlıdır.

Makedoniyalı İsgəndər

Makedoniyalı İsgəndər ölümünün yaxınlaşdığını hiss edib deyir:
– Anama yazın ki, böyük süfrə açıb bütün aclara doyunca yemək versin. Ancaq yaxın adamı, bir əzizi ölməmiş insanları süfrəyə yaxın qoymasın.
Bu vəziyyətin səbəbini soruşduqda o, deyir:
– Anam belə edərsə görəcək ki, Yer üzündə əzizi, yaxını ölməmiş adam yoxdur. Buna görə də təskinlik tapıb az qüssə edər.

Sokrat

Qədim yunan filosofu Sokrat haqqında çıxarılmış ölüm hökmünü soyuqqanlı qarşılayır. Zəhər dolu piyaləni ağzına yaxınlaşdırdıqda arvadı ucadan ağlayaraq:
– Ərimi günahsız olaraq məhv edilir! – dediyini eşidib:
– Yoxsa sən istəyirsən ərini müqəssir kimi məhv edəydilər? – deyə ona təskinlik verir.

Conatan Svift

Məşhur İrlandiya satiriki Svift bir səyahət zamanı mehmanxanada qalmalı olur. O, öz nökərini çağırıb çəkmələrini gətirməyi tapşırdıqda, nökər silinməmiş çəkmələri gətirib ona verir. Svift:
– Tom, bu nədir, mənim çəkmələrim silinməmişdir? – deyə soruşduqda:
– Gəzməyə gedəcəyinizi nəzərə alıb silmədim. Onsuz da toza batacaq yenə.
– Yaxşı-yaxşı… elə isə hazırlaş, sən də mənimlə gəzməyə gedək.
– Axı mən hələ xörək yeməmişəm, acam!- dedikdə,
– Nə fərqi var, onsuz da yenə acacaqsan!- deyib, Svift nökərini utandırır.

Qasım bəy Zakir

Qasım bəy Zakir bir gün şair Cəfərqulu xan Vəfanın evinə qonaq gedir. Qayıdarkən başmaqlarının yoxa çıxdığını görüb bu misraları deyir:
Bəylər nə layiqdi xan qulluğuna,
Bir kəs atlı gedib, piyadə gələ?
İldə bir yol düşür mənim güzarım,
Vay onun halına ziyadə gələ!…

Oğuz Ayvaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir