Peşəkar Milli Teatrın 150 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM

Peşəkar Milli Teatrın 150 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM

2023-cü ildə Azərbaycan Peşəkar Milli Teatrının yaradılmasının 150 ili tamam olur.

Prezident İlham Əliyev Azərbaycan Peşəkar Milli Teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

“İNFONEWS” xəbər verir ki, Sərəncamda deyilir:

“1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir