“Zəlzələ nəticəsində 800 sıxılma sindromlu xəstə var”
“Kahramanmaraşda baş verən 7.7 və 7.6 ballıq zəlzələdə dağıntılardan xilas edildikdən sonra sıxılma sindromu yaşayan təxminən 800 xəstə var”.
“İNFONEWS ” xəbər verir ki, bunu Türkiyə Böyrək Vəqfi başçısı Timur Erk deyib.
Onun sözlərinə görə, sıxılma sindromundan əziyyət çəkən təxminən 800 xəstənin təcili müalicəyə ehtiyacı var:
“Vəqfimiz dağıntılar altında qalaraq sıxılma sindromu olan xəstələrin müalicələrini həyata keçirməsi üçün lazım olan bütün işləri görür. Bütün zərərçəkənlərə kömək etməyə çalışırıq”.