Zəlzələ qəbiristanlığı… Burada adları nömrələr əvəz edir-Foto

Zəlzələ qəbiristanlığı… – Burada adları nömrələr əvəz edir-Foto 

Episentri Kahramanmaraşda yerləşən və ümumilikdə 10 vilayəti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra həyatını itirən minlərlə insan dəfn edilir.

İNFONEWS” Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanların ciddi ziyan vurduğu vilayətlərdən biri olan Hatayın Antakya rayonunda “zəlzələ qəbiristanlığı” yaradılıb. Həmçinin ərazidə cənazələrin yuyulması və məscid sahələri təşkil edilib.

Cənazələr xəstəxanadan “zəlzələ qəbiristanlığı”na gətirilir və dini vacibat yerinə yetirilərək dəfn olunur.

Prosesi sürətləndirmək və qarışıqlığa yol verməmək üçün məzar daşları ad əvəzinə nömrələnir.

Qeyd edək ki, ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) son məlumatına görə, ölənlərin sayı 18 991 nəfərə çatıb. Yaralıların sayı isə 75 523 nəfərə yüksəlib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir