6 fevral qardaş Türkiyəmizin acı xəbərləri ilə oyandıq.Bu zəlzələ “Əsrin fəlakəti” olaraq tarixə keçib.Günlər keçməsinə baxmayaraq hələ də dağıntıların altında qalanlar var.Ölüm sayı durmadan artır.İtkinlərdən isə hələ də xəbər yoxdu.Dünyanın bir çox yerindən xilasedicilər Türkiyəyə cəlb edilib.Lakin artıq zəlzələdən 100 saatdan çox bir vaxt keçdiyi üçün ümid azalır.
Böyük beynəlxalq yardım səyləri çoxaldılır.Dünya Bankından Türkiyə üçün 1,78 milyard dollar yardım ayrılıb.
Hələ də vəziyyət kritik olaraq qalır.Bölgədə çalışan yüz mindən çox xilasedici heyətin xilasetmə səyləri nəqliyyat vasitələrinin çatışmazlığı və dağılmış yollar da daxil olmaqla, bir sıra maddi-texniki maneələr səbəbindən ləngiyir.
Rəsmi məlumatlara görə Türkiyədə zəlzələ qurbanlarının sayı artıq 19 mini ötüb.
Zəlzələ bölgəsinə gedən Türkiyə Prezidenti Erdoğan “Belə böyük bir fəlakətə hazır olmağın mümkünsüz olduğunu” deyib.
Hər zaman olduğu kimi qardaş Türkiyənin ilk yardımına Azərbaycan çatıb.Zəlzələnin ilk saatlarından Prezident İlham Əliyev cənablarının göstərişi ilə xilasedicilər Türkiyəyə cəlb edildi və yardımların isə ardı-arası kəsilmir.
Fotolar:AZİZ KARİMOV