Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları zamanı 50 yaşlı qadını 120 saat sonra sağ çıxarıb.
İNFONEWS – un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə,Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində yerləşən binaların birinin dağıntıları altında aşkarlanan Fatma adlı qadın sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.