Qaxda 4 min hektaradək sahədə yeni fındıq bağları salınıb
Dövlətimizin başçısının kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrinin, o cümlədən qərzəkli meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Qax rayonunda da davamlı iş aparılır. Belə ki, son illər rayon ərazisində 3958 hektarda yeni fındıq bağları salınıb. Yeni fındıq bağlarının 678 hektarı damcı üsulu ilə suvarılan intensiv bağlardır. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 186,9 hektardır. Bu bağların 6228 hektarı barverəndir. Ötən il fındıq bağlarından 5442 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 148 ton artıb.
“İNFONEWS” AZƏRTAC- a istinadən xəbər verir ki, bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov bildirib. Onun sözlərinə görə, aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanılması ilə əlaqədar indi fermerlər fındıq bağlarına aqrotexniki qulluq işlərinə daha çox diqqət ayırırlar. Bu da səbəbsiz deyil. Yeni qaydalara əsasən, fermerlərə ənənəvi fındıq bağlarının hər hektarına görə 250 manat, intensiv bağlara görə isə 730 manat subsidiya verilir.
Havaların əlverişli keçməsindən istifadə edən qaxlı fermerlər artıq fındıq bağlarında aqrotexniki tədbirlərə, budama işlərinə başlayıblar. Eyni zamanda, bağlara üzvi gübrə verilir, suvarılır