DYP-nin dumanlı hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏTİ

DYP-nin dumanlı hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏTİ

Bakıda və Abşeron yarımadasında, Sabirabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb. Bu da sürücülərə ciddi çətinliklər yaradır.

“İNFONEWS” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir