“SƏLTƏNƏT FASİLƏ” DÖVRÜ -“Faktlara dayanan TARİXİMİZ”
“İNFONEWS”-un “Faktlara dayanan TARİXİMİZ” layihəsi növbəti maraqlı məlumatı ilə davam edir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:
“SƏLTƏNƏT FASİLƏ” VƏ YA İLDIRIM BƏYAZİD
Hisslərinə qapılmasaydı, qüruruna yenə bilsəydi və tale onu bəzi ağsaqqallıq və çətinliklərlə qarşılaşdırmasaydı, Əmir Teymurun da üzərində qələbə çalmaq şərəfi ona nəsib olacaqdı. Tarixi faktlar onun həddən artıq qürurlu, inadcıl və qəzəbli olduğunu göstərmişdir. Onun Əmir Teymurla döyüşdə məğlub olmasında inadcıllığının və qürurunun da payı vardır. O, döyüş texnikasının sirrlərini olduqca yaxşı bilən adlı-sanlı padşahlardan idi. Qaraman oğlu Əli bəyə qarşı döyüşlərində elə məharət göstərmiş, hər tərəfdən o dərəcədə sürətlə irəliləmişdi ki, “İldırım” ləqəbini bu savaşlarda vermişdilər ona. Bəyazid Kosovo meydan döyüşündə də Rumeli əsgərlərinin başında gedərək sağ qanadda böyük qəhrəmanlıqlar göstərmişdir.
Atası Murad Serb döyüşündə şəhid olduqdan sonra taxta keçmiş, qardaşı Yaqubu boğdurmuşdur. Serb kralı Stefanın bacısı Despina ilə evlənərək serblərlə aralarında dostluq yaratmışdır. Rumelidə qüvvətləndikdən sonra Anadoluya yönəlmişdi.
Papa IV Bonifaçı türklərə qarşı böyük bir xaç yürüşü hazırlatdı. Bu səfərə macar, fransız, alman, ingilis, Belçika, Ulah, Leh, İspaniya və daha bir ox ölkələrdən fədailər qoşuldu.
Böyük Xaç ordusuyla İldırımın qüvvələri 25 iyul 1396-cı ildə Niqbolu meşəsində qarşılamışdı. Bu osmanlılara qarşı yönəldilən IV xaç yürüşü idi. Bu dəfə çox yaxşı hazırlaşmışdılar, bütün ümidlərini bu döyüşə bağlamışdılar. İldırım bu döyüşdə 130.000 xaç ordusunu 104 minlik qüvvəylə məğlub etdi.
Bu böyük zəfərdən sonra Bəyazid büsbütün qürura qapılmış və sərxoşluğa meylli oluşdur. Bu üzdən Teymurla arasındakı bəzi anlaşılmazlıqları barışıq və yaxşı niyyətlərlə yoluna qoymamışlar, məktubunda Teymuru müharibəyə sövq edirdi. Türkün iki sərkərdəsi bir-birinə qənim kəsilmişdir.
Teymurla Ankara Çubuq meşəsində qarşılaşdıqları zaman İldırım bəzi çətinliklərə uğrasa da, qəhrəmancasına döyüşərək Teymura məğlub olub, əsir düşdü. Bu məğlubiyyətə dözməyərək 8-9 mart 1403-cü ildə özünü öldürdü.
13 il hökmdarlıq etmişdir. Bundan sonra artıq taxt döyüşləri başlamışdır. Bu dövr “Fetrət dövrü” olaraq tarixə keçmişdir. Bu dövr “Səltənət Fasilə” deyə anılır.