HEYDƏR ƏLİYEV – HÜQUQİ-DEMOKRATİK DÖVLƏTİN YARADICISIDIR – “Faktlara dayanan TARİXİMİZ”

HEYDƏR ƏLİYEV – HÜQUQİ-DEMOKRATİK DÖVLƏTİN YARADICISIDIR – “Faktlara dayanan TARİXİMİZ”

“İNFONEWS”– un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:

HEYDƏR ƏLİYEV – HÜQUQİ-DEMOKRATİK DÖVLƏTİN YARADICISIDIR

            1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşamaq, müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycanın adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı qazandıq. Lakin təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin ilk illərində ağır, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illərdə çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya, xaos, hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdik. Hətta, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.

Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi. Ayrı-ayrı siyasətbazların milli taleyimizlə pərdəarxası oyunlarına, siyasi anarxiya və eksperimentlərinə son qoyuldu.

1993 cü il oktyabr ayının 3 də Ümummilli lider ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi.Heydər Əliyevin prezident seçilməsi ilə Azərbaycan Respublikasında hüquqi-demokratik əsaslarda dövlət quruculuğunun aparılması üçün zəmin yarandı.Hüquqi-demokratik dövlət quruculuğunun əsas atributlarındanda biri konstitusiyadır.Azərbaycan Respublikasının konstitusiyasının tərtib edilməsi və hazırlanması üçün 1995 ci il iyunun 2 də 33 nəfərdən ibarət konstitusiya komissiyası yaradıldı. Komissiyanı təşkil edən 33 nəfər əsasən tanınmış hüquqşünaslar, qanunverici , icra və məhkəmə hakimiyyəti nümayəndələri cəlb olunmuşdur.Komissiyanın əsas məqsədi Azərbaycan konstitusiyasının demokratik əsaslarda işlənib hazırlanması idi. Konstitusiya hazırlandığı müddətdə əhali tərəfindən 2450 ə yaxın təklif və düzəlişlər oldu. Bu isə konstitusiyanın demokratik əsaslarda hazırlandığını göstərir.Bu qısa müddət ərzində işlənib hazırlanan konstitusiya 1995 ci il noyabr ayının 12 də referendumda qəbul olundu.Referendumda iştirak edən seçicinin 94.8% konstitusiyanın lehinə səs verdi.Konstitusiyanın hazırlanması ilə Azərbaycan Respublikası hüquqi demokratik dövlət quruculuğunda ilk addımlarını atmış oldu. Konstitusiya bəyan etdi: Azərbaycan xalqının və dövlətinin ən mühüm məqsədləri Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməkdir. Konstitusiyanın  qəbul edilməsi ilə Azərbaycan Respublikasının hakimiyyət bölgüsü və idarəetmə forması formalaşdı.Hakimiyyət bölgüsünə əsasən icra hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə, qanunverici hakimiyyət Azərbaycan Respublikasının Milli Məclisinə ,məhkəmə hakimiyyəti isə müstəqil məhkəmələrə məxsusdur.Hüquqi demokratik dövlət quruculuğu yolunda Heydər Əliyevin atdığı digər mühüm addım ilk dəfə olaraq parlament seçkilərinin keçirilməsi idi.Bu hadisə 1995 ci il noyabr ayının 12 ə təsadüf edir.Parlamentə mojaritar(100 deputat) və proporsional (25 deputat) qaydada ilk seçkilər keçirildi.Seçkilərin hüquqi qaydada aparılması üçün seçkilərdə 214 beynəlxalq müşahidəçi iştirak edirdi. Noyabr ayının 12 dən etibarən parlament qanunvericilik fəaliyyətinə başladı. Azərbaycan parlamenti dünyanın inkişaf etmiş və qabaqcıl ölkələrinin qanunverici orqanlarının təcrübəsindən yararlanmağa başladı. Azərbaycan Respublikasında qanunların beynəlxalq hüquq normalarında hazırlanması üçün 1996 cı ildə hüquqi islahatlar komissiyası təsis edildi.Bu qurum hazırlanmış qanunların beynəlxalq hüquq normalarının əsas tələblərinə uyğun olub olmadığına xidmət edir.Qanunların məhz Avropa Şurası tərəfindən ekspertiza olunması Azərbaycan cəmiyyətinin demokratik əsaslarda qurulduğunu göstərir. Azərbaycan Avropa Şurasının “Qanun vasitəsilə demokratiyaya doğru” Venesiya Komissiyasına assosiativ üzv qəbul olundu. Azərbaycan cəmiyyətində ölüm cəzası hələ də qalmaqda idi.Məhz Heydər Əliyevin hakimiyyəti dövründə ölüm cəzası ləğv edildi.Bu hadisə 1998 ci ilin fevralına təsadüf edir.Daha sonra isə ulu öndər Heydər Əliyev 1998 ci il avqustun 6 da senzuranı ləğv etdi.Bunun nəticəsində Azərbaycan cəmiyyətində vətəndaş ,söz,fikir,mətbuat azadlığı haqqında fərmanlar verildi. Prezidentin Fərmanı ilə hələ 1992-ci il aprelin 12-də Y.Məmmədov və 1993-cü il aprelin 15-də Ə.Elçibəy iqtidarları dövründə sərbəst informasiya fəaliyyətinə qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı, mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini qoruyan idarə, senzura ləğv edildi. Demokratik quruculuq yolunda növbəti bir addım konstitusiya məhkəməsinin təsis edilməsi oldu.Bunun üçün ulu öndər Heydər Əliyev 1997 ci ilin oktyabrında konstitusiya məhkəməsinin yaradılması üçün qanunu imzaladı.1998 ci ildən isə konstitusiya məhkəməsi fəaliyyətə başladı. “Vəkillik və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz 290 hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında” qanunlar, cinayət, cinayət prosessual, mülki, mülki prosessual, inzibati xətalar, əmək, ailə, vergi məcəllələri qəbul edildi. Heydər Əliyevin 2  ci dəfə Azərbaycana rəhbərliyi dövründə hüquqi demokratik dövlət quruculuğu yolunda aparılan islahatlar Azərbaycan Respublikasının hüquqi demokratik dövlət kimi formalaşmasına səbəb oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir