II DÜNYA MÜHARİBƏSİ VƏ AZƏRBAYCAN – “Faktlara dayanan TARİXİMİZ”
“İNFONEWS” – un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:
İKİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ AZƏRBAYCAN
1930-cu illərdə Almaniyada Veymar Respublikasının süqut etməsindən və hakimiyyətə faşistlərin gəlməsindən sonra beynəxalq vəziyyət xeyli gərginləşmiş, dünya müharibəsi təhlükəsi yaranmışdır.İngiltərə və Fransa aliansı öz müstəmləkələrini nüfuz dairələrində qoruyub saxlamağa faşizm və komunizmi qarşı-qarşıya qoyaraq öz təhlükəsizlikərini təmin etməyə çalışırdılar. Bununla yanaşı, onlar Almaniyada sosialistlərin hakimiyyətə gələrək Almaniyanın strateji əhəmiyyətə malik texnoloji imkanlarının SSRİ tərəfindən mənimsənilməsindən və dünya inqilabının baş tutmasına şərait yaradılmasından narahat idilər. Bu səbəbdən onlar Almaniyada faşistlərin hakimiyyətə gəlməsinə dəstək verdilər.Müharibəyə səbəbiyyət verən əsas faktorlardan biri də 1938-ci ilin 29-30 sentyabr tarixində İngiltərə və Fransanın Almaniyaya Çexoslavakiyanın Südet bölgəsinin verilməsini nəzərdə tutan Münhen sazişinin imzalanmasıdır.Yalnız bundan 1 ay sonra Almaniya Çexoslavakiyanı tamamilə işgal etmişdir. SSRİ kommunist rejimi dünyada yaymaq və dünya inqilabına nail olmaq üçün qərb dövlətləri arasında zidiyyətlərin yaranmasında maraqlı idi.Lakin böyük dövlətlər SSRİ-ni ciddi hərbi-iqtisadi qüvvə hesab etmirdilər.Onlar SSRİ-yə sadəcə mərkəzdən aslı hala salınmış hər an ittifaqdan çıxmağa hazır respublikaların süni ittifaqı kimi baxırdılar.Bu proseslərin fonunda 1939 martından başlayaraq 5 ay davam edən danışıqlar da nəticəsiz oldu.Qərb dövlətlərinin kəskin səylərinə baxmayaraq 1939-cu il 23 avqust tarixində Almaniya və SSRİ arasında 10 illik hücum etməmə haqqında müqavilə imzalandı.Həmin vaxtı Şərq cəbhəsində Yaponiya ilə müharibədə olan SSRİ Qərb cəbhəsini müvəqqəti də olsa təhlükədən xilas etmiş oldu.
Nəhayət, 1939-cu ildə sentyabrın 1-də Almaniyanın Qərbdən SSRİ-nin Şərqdən Polşaya hücum etməsi ilə İkinci Dünya Müharibəsi başlamış oldu. İki cəbhədən güclü dövlətlərin hücumuna tab gətirməyən Polşa qısa müddət ərzində tamamilə işğal edilərək torpaqları Almaniya və SSRİ arasında bölüşdürüldü.1939-cu ildə Sentyabrın 28-də SSRİ və Almaniya dostluq və sərhədlərin tanınması haqqında müqavilə imzaladılar.Bu müqavilə əsasında onlar müstəqil dövlətlərin suveren hüquqlarını heçə sayaraq Şərqi Avropanı öz aralarında böldülər.Belə ki, Şərqi Polşa, Pribaltika dövlətləri.Qərbi Ukraniya və Qərbi Belarus SSRİ tərəfindən Polşanın qalan torpaqları isə Almaniya tərəfindən işğal edildi.Ərazilərini daha da böyütmək istəyən Sovet imperiyası Leningrad şəhərinin təhlükəsizliyi bəhanəsilə 1940-ci ilin 12 mart tarixində Finlandiyaya hücum edərək öz şimal sərhədlərini Finlandiya torpaqları hesabına genişləndirmiş oldu.Bu hadisələrin nəticəsində 1940-cı illərin əvəllərində Almaniya SSRİ İtaliya və Yaponiya Millətlər Cəmiyyətindən xaric edildi. Faşist Almaniyası 1940-cı ildə öz müttəfiqi İtaliya ilə birlikdə Qərbi və mərkəzi Avropanı demək olar ki , tamamilə işğal etdi.Hitler artıq 1940 yayında alman ordusunun baş qərərgahına SSRİ-yə hücum planı hazırlamaq haqqında göstəriş verdi.1941-ci ildə iyun ayının 22-də Almaniya SSRİ-yə heç bir müharibə elanı olmadan qəflətən hücum etdi və bununla da post-sovet məkanında 41-45(Böyük Vətən Müharibəsi) olaraq tanınan böyük savaş başlamış oldu.Bu əməliyyat “Barbarossa əməliyyatı” adlanırdı və Alman ordusu burada gizli silahı olan “İldırımsürətli müharibə” strategiyasından istifadə edirdi.Almanlar ilk başlarda apardıqları uğurlu əməliyyatlar nəticəsində SSRİ-nin mühim strateji əhəmiyyətə malik şəhərlərini və ərazilərini işğal etmiş və Qızıl Ordunu sözün əsl mənasında darmadağın etmişdilər.Lakin sonradan SSRİ-nin apardığı uğurlu əks hücum əməliyyatları öz bəhrəsini vermiş, faşistlər geri püskürdülmüş hətta sonralar Qızıl Ordu hücuma keçərək Almaniyanın paytaxtı Berlin şəhərinə qədər daxil olmuşdu.Təbii ki burada SSRİ-nin yaşlı-gənc, qadın, uşaq demədən hərkəsi müharibə sənayesində işləməyə səfərbər etməsi mühim rol oynayırdı.
Sovet komandanlığının ilk aylarda etdiyi ciddi səhvlər nəticəsində müharibənin ilk aylarında vəziyyət heç də ürək açan deyildi və bu səhvlər yüz minlərlə – milyonlarla Sovet əsgərinin o cümlədən xeyli Azərbaycanlının həyatı bahasına başa gəlmişdi. Minlərlə Azərbaycanlı oğlan və qız faşizmə qarşı mərdliklə vuruşur və xüsusi rəşadəti ilə seçilirdilər. Lakin bütün bunlara baxmayaraq Almanlar SSRİ torpaqlarında ciddi bir ilərləmə qət etmişdilər və onlar Zaqafqaziyanı o cümlədən Bakını təhdid edən mövqeləri ələ keçirmişdilər.Neft burada döyüşün açarı idi və Almanların neft ehtiyyatları sürətlə tükənirdi. Bilindiyi kimi Bakı nefti dünyaca məhşurdur və bu səbəbdən mühim strateji əhəmiyyətə malik Azərbaycanı işğal etmək faşistlər üçün prioritet məsələlərdən biri idi.Buna görə də SSRİ Ali Baş Komandanlıgı Zaqafqaziya ərazisində 1942-ci il 9 sentyabr tarixindən etibarən hərbi vəziyyət elan etdi, Bakı müdafiə regionu yaradıldı, Azərbaycan ərazisində xalq Müdafiə-istehkam tikintisinə səfərbər edildi.Bununla yanaşı Bakının təhlükəsizliyini təmin etmək üçün 10-cu atıcı briqadaya, hərbi-hava məktəbinə və hava hücumundan müdafiə qoşunlarına xüsusi tapşırıq verildi.Faşistlərin 1942-1943 cü illər arasında dəfələrlə Bakıya soxulmaq cəhdləri uğursuzluğa düçar oldu. Cənubi Qafqaz döyüşcülərinin 66 min nəfərini məhz Azərbaycanlılar təşkil edirdi.1942 ci ilin oktyabrında Sovet ordusu Orconikidze yaxınlıgında faşistlərin əsas qüvvələrini tələyə salaraq darmadağın etdi. Bu döyüşlərdə xeyli Azərbaycanlı döyüşçü şücaətinə görə seçilirdi. “Şimali Qafqazda Sovet ordusunun əks-hücumunda, şəhər və kəndlərin faşist işğalçılarından azad edilməsində 77, 223, 271, 402 və 416-cı Azərbaycan diviziyalarının döyüşçüləri böyük əsgəri hünər göstərdilər.
“İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycanın da böyük payı var. Həmin illərdə xalq özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola saldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxış edərkən azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakını xatırlayaraq deyib. “Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi”.