Suriyada eyni vaxtda iki terror: 10 ölü, 24 yaralı var
“İNFONEWS” xarici KİV-ə istinadən xəbər verir ki,
Suriyanın Bab və Azez bölgələrində partlayış törədilib.
Azez bölgəsində partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb.
Anoloji hadisə Bab əyalətində də qeydə alınıb. Ümumilikdə 10 nəfər terror aktının qurbanı olub, 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hələlik heç bir qruplaşma hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.