Evdən iki min manat dəyərində geyim və məişət əşyaları oğurlayan Nardaran qəsəbə sakini saxlanılıb

Evdən iki min manat dəyərində geyim və məişət əşyaları oğurlayan Nardaran qəsəbə sakini saxlanılıb

“İNFONEWS” xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən iki min manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, şəxsi axtarış zamanı ondan marixuana aşkarlanaraq götürülüb.

Faktla əlaqədar təhqiqat aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir