Macarıstanın Baş nazirinin Azərbaycana işgüzar səfəri başa çatıb

Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycan Respublikasına işgüzar səfəri noyabrın 24-də başa çatıb.

“İNFONEWS” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Viktor Orbanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir