İsmayıllı DPTM beynəlxalq əməkdaşlığı gücləndirir
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi (İsmayıllı DPTM) turizm sahəsində təhsilverənlərin və təhsialanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün beynəlxalq əməkdaşlığı gücləndirir.
“İNFONEWS” – a verilən məlumata görə, bu məqsədlə Türkiyə Cümhuriyyətinin Falez Mesleki və Teknik Anadolu Lisesi (FalezMTAL) və Yüksek Mesleki Eğitim Merkezi ilə əməkdaşlıq barədə onlayn formatda görüş keçirilib.
Antalya şəhərində yerləşən Falez Mesleki ve Teknik Anadolu Lisesinin müdiri cənab Ersümer Eren və müdir yardımçısı İsa Keleşin, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırovun və Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Taleh Hüseynovun iştirakı ilə baş tutan online görüşdə təhsil-sənaye əməkdaşlığı istiqamətində birgə təcürəbələrin öyrənilməsi və tətbiqi, peşə təhsili üzrə #ErasmusPlusKA1 layihələrində birgə iştirak, qarşılıqlı mühəndis-pedaqoji heyət və tələbə mobilliyi istiqamətində fürsətlər barədə fikir mübadiləsi aparılıb.