Məktəbdə zəlzələ təşvişi. Müəllim qayğısı. Valideyn minnətdarlığı
Bu gün səhər vaxtlarında Azərbaycanda maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.
Zəlzələ məktəblərdə dərs saatlarının başlaması ərəfəsinə təsadüf edib. Bununla əlaqədar bəzi məktəblərdə şagirdlər evə buraxılsalar da, əksər məktəblərdə dərslər proqrama uyğun olaraq davam etdirilib.
Övladları məktəbdə oxuyan valideynlər çox narahat olublar, məktəb rəhbərliyi və müəlimlərlə əlaqə saxlayıblar.
“İNFONEWS” xəbər verir ki, 189-190 nömrəli tam orta məktəbdə fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilib, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub.
Adı çəkilən məktəbin valideynləri böyük məmnunluqla qeyd ediblər ki, məktəbin 1 “L” ibtidai sinfinin müəllimi Leyla Nağıyeva uşaqlar arasında təşviş yaranmaması üçün əyləncəli oyunlar keçirib, həyəcan yaşayan həm şagirdləri, həm də onların valideynlərini sakitləşdirməyə nail olub.
Valideynlər redaksiyamız vasitəsilə məktəbin rəhbrliyinə və müəllim heyətinə minnətdarlıqlarını bildiriblər.