ADORE şirkəti “Adore Beauty” adlı yeni jurnalı təqdim edib.
“İNFONEWS” xəbər verir ki, Dekabrın 1-də bugünkü həyatın bütün sahələrindən ayrılmadan gözəllik sənayesində baş verən vacib, zəruri və maraqlı hər şeydən bəhs edən gözəllik haqqında innovativ layihə – “Adore Beauty” adlı yeni jurnalın rəsmi təqdimatı olub.
“ADORE BEAUTY” jurnalı – misilsiz gözəllik və üslub dünyasına bələdçidir, burada oxucular özləri üçün əsas xəbərləri, reportajları, araşdırmaları, maraqlı müsahibələri, kosmetika və ətirlərə dair rəyləri və yaradıcı fotoşəkilləri tapa bilərlər. Siz qlobal tendensiyalarla tanış olmaq, ekspertlərdən dəyərli məsləhətlər almaq və dəriyə qulluq, parfümeriya və kosmetika sahəsində ən son xəbərlərdən və trendlərdən xəbərdar olmaq üçün unikal imkan əldə edəcəksiniz.
Layihənin missiyası qlobal brendlərlə işi daha geniş miqyasda göstərmək və bütün sənaye iştirakçıları: brendlər, ekspertlər, blogerlər və oxucular arasında açıq dialoq mühiti yaratmaqdır.
“Gözəlliyə məhəbbət zövq məsələsidir. Gözəlliyi yaratmaq – incəsənətdir”.
“Adore” jurnalının ilk nömrəsi gözəlliyə həsr olunub və bütün oxucular üçün kiçik bir mesajla başlayır. Bu müraciətdən qısa bir hissəni təqdim edirik.
“Yeni olan hər şey həyəcanla müşahidə olunur. Bax, biz də – “Adore” komandası da belə bir həyəcanla üzləşirik və əziz oxucular, Sizə gözəlliyə həsr olunmuş ilk buraxılışı təqdim edirik. Artıq 20 ildir ki, Sizə unudulmaz əhvali-ruhiyyə, parlaq rənglər, başgicəlləndirici təəssüratlar, çoxlu xatirələr və gözəllik sənayesi kainatının ucsuz-bucaqsız məkanına aid bir çox yeniliklərin ən böyük seçimini təqdim etməyə çalışırıq. İndi Sizə “Gözəllik” adlanan həmin kainatın dərinliklərinə qərq edəcək genişhəcmli layihəni təqdim etməyin vaxtı gəlib çatıb”.
Təqdimat mərasimində məxsusi dəvət olunmuş qonaqlar: “Tiziana Terenzi”, “V Canto”, “Giardino Benessere” brendlərini yaradan İtaliyanın “Cereria Terenzi Evelino” ailə şirkətinin qurucuları və sahibləri Tiziana Terenzi, Paolo Terenzi; “Collistar” brendinin biznesin beynəlxalq inkişafı üzrə direktoru Luigi Rivetti; “Korloff” parfümeriya istiqamətinin direktoru Mario Moura; GUCCI, “Burberry”, “Hugo Boss”, “Chloe”, “Max Factor”, “Bourjois” kimi və sairə brendlərin daxil olduğu COTY qrupunun satış üzrə direktoru Alessandro Agostini iştirak ediblər.
Tədbirin qonaqları son istehlakçıya məhsullar, yeniliklər, bu və ya digər məhsuldan istifadə yolları və ümumilikdə gözəllik sənayesi haqqında düzgün və dolğun məlumatların çatdırılması mümkün olan bu layihədə fəal iştiraklarına görə minnətdarlıq sözləri ifadə ediblər.
Oxucularımızı “Adore” və “Sabina” mağazalar şəbəkələrində əldə edə biləcəyiniz “Adore Beauty” jurnalı ilə tanış olmağa dəvət edirik.