Bakıdan Xırdalana metro çəkilməsi barədə RƏSMİ AÇIQLAMA

Bakıdan Xırdalana metro çəkilməsi barədə RƏSMİ AÇIQLAMA

Bakıdan Xırdalana metro xəttinin inşası nəzərdə tutulmur.

“İNFONEWS” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib.

“Metronun “Xocəsən” stansiyası istifadəyə verilib. Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. O da nəzərə alınmalıdır ki, Xırdalanda metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir