Bu gün Azərbaycan Polisinin yaranmasının 106-ci ildönümüdür

Bu gün Azərbaycan Polisinin yaranmasının 106-ci ildönümüdür

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 106-ci ildönümünü qeyd edir.

“İNFONEWS” xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü qəbul edilib.

Statistikaya görə, qürurla qeyd edə bilərik ki, Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, həm MDB və həm də aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını üstələyir.

İctimai qaydanın qorunmasında və təhlükəsizliyin təmin edilməsində qazanılan müsbət nəticələrin davamı kimi, Azərbaycan özünün sabit və təhlükəsiz ölkə imicini təsdiqləyib.

Bakının COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibi seçilməsi buna ən gözəl nümunədir.

“İNFONEWS” komandası olaraq, Azərbaycan polisinin keçdiyi şərəfli fəaliyyət tarixi ilə qürur duyur, onları təbrik edirik. Əminik ki, öz andına həmişə sadiq olan daxili işlər orqanlarının əməkdaşları bundan sonra da Vətənə və xalqa layiqincə xidmət edəcək, bu yolda qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir